Milli Demokratiya İnstitutunun ofisi fəaliyyətini dayandırıb

ABŞ-ın Milli Demokratiya İnstitutunun (MDİ) Azərbaycan ofisi bağlanıb. MDİ-nin Azərbaycandakı ofisi ötən gün rəsmən bağlanıb. Qeyd edək ki, MDİ Azərbaycanda “ərəb baharı”na dəstək verməkdə, onun təşkilatçıları olan gənclərə maliyyə dəstəyi verməkdə ittiham olunurdu. MDİ-nin Azərbaycanda hakimiyyətə qarşı olan bəzi gənclərin aksiya keçirmələrinə də maddi yardım ayırdığı bildirilir.